“Biz quru söz istəmirik, nəticə istəyirik”.
Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinə yola düşməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında İsveç və Finlandiyanın alyansa üzvlüyü ilə bağlı danışarkən deyib.
“Söz yaradır, danışırlar, eyni gün İsveç Dövlət Televiziyasına baxırsınız, terrorçuların başından birini çıxardıb danışdırırlar. Müsahibədə də bizim haqqımızda nə gəldi danışır”, – deyə Ərdoğan bildirib.
Qeyd edək ki, adıçəkilən ölkələrin NATO-ya üzvlüyü Türkiyə tərəfindən terroru dəstəklədikləri üçün qəbul edilmir. Ərdoğan səfər çərçivəsində hər iki ölkə liderilə bir araya gələcək.