Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz Bayramı münasibətiylə təbrik mesajı ünvanlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə dövlət başçısının “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib:
“Millətimizin və Novruz sevincini yaşayan coğrafiyamızdakı bütün qardaşlarımızın Novruz bayramını təbrik edirəm. Orta Asiyadan Balkanlara qədər geniş bir bölgədə yeni ümidlərlə qeyd olunan Novruzun xeyirli olacağına ümid edirəm”.