Ərdoğandan Nuri Paşa MÜQAYİSƏSİ: “O, necə azərbaycanlı qardaşlarımızın yardımına gəldisə, biz də…”

“Nuri Paşa Bakını azad etməzdən əvvəl ermənilər Bakıda 12 min türkü qətl etmişdilər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdəki çıxışında səsləndirib.

Türkiyə prezidenti bildirib ki, ölkəsi bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacaq.

“Nuri Paşa 1918-ci ildə necə azərbaycanlı qardaşlarımızın yardımına gəldisə, biz də hər zaman qardaş Azərbaycanın yanında olacağıq. Nuri Paşa Bakını azad etməzdən əvvəl ermənilər Bakıda 12 min türkü qətl etmişdilər.

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını tamamilə viranəyə çeviriblər. İnşallah, dünyanın ən mənzərəli yerlərindən biri olan Qarabağ yenə öz möhtəşəmliyini qaytaracaq”.