!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan onu öldürməyi planlaşdıran terrorçuya SƏRT SÖZLƏR

!Reklam – Yazi

“Yeni Zelandiyada Nur məscidinə və orada ibadət edən müsəlmanlara qarşı edilən terror hücumunu şiddətlə qınayıram, günahkarları lənətləyirəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyanın Kraystçerç şəhərində baş verən məscidə hücumla bağlı danışarkən deyib.

“Yeni Zelandiyada ölkəmizi, millətimizi, şəxsən məni də hədəfə alan qatilin xidmət etdiyi ideologiyanın Qərb cəmiyyətini daha sürətlə öz təsiri altına saldığı açıq-aşkar görünür.

Ölkəmi Anadolu və Qərb olaraq bölmək istəyən terrorçu və qatil var. Bunun qarşısı dərhal alınmazsa, fəlakət xəbərlərinə yenilərinin də əlavə olunması qaçılmazdır. Bütün dünyanı, xüsusilə Qərb dövlətlərini bu təhlükəli gedişə qarşı sürətli tədbirlər görməyə çağırıram. Hücum zamanı həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Dünyada artmaqda olan irqçilik və İslam əleyhdarlığının yeni bir nümunəsi kimi yaşanan bu ağrılı hadisəyə görə bütün İslam dünyası və Yeni Zelandiya xalqına ölkəm və şəxsən öz adımdan başsağlığı verirəm”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, bu gün Yeni Zelandiyada məsciddə törədilən terror aktı nəticəsində 49 nəfər ölüb, 48 nəfər yaralanıb.

Terrorçu hadisədən əvvəl yaydığı açıqlamada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkeli ölümlə hədələyib.

www.yenicag.az

4339
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv