Ərdoğandan Qarabağ Zəfəri haqqında film çəkilməsi ilə bağlı tapşırıq

“Cənab Prezidentimizin tapşırığı ilə Qarabağ Zəfəri ilə yanaşı Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında Türkiyə və Azərbaycan birgə serial və film layihələri həyata keçirəcək”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə görüşdə söyləyib.

F.Altun vurğulayıb ki, iki ölkənin tarixi olayları ilə yanaşı, ortaq dəyərlərini gündəmə gətirən birgə sərgi, simpozium keçirilə, nəşrlər hazırlana bilər.