Ərdoğandan qərar – “Uber” qadağan edildi

“Uber” şirkətinin Türkiyədə fəaliyyəti qadağan edilir.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ədroğan deyib.

“Bizim öz taksi sistemimiz mövcuddur, biz fərdi taksi sisteminə türkiyəli taksistlərin biznesinə mane olmağa imkan verməyəcəyik”, – Prezident qeyd edib.

Qeyd edək ki, “Uber” Türkiyədə bir neçə il fəaliyyətə göstərib.