!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan QHT-lərə çağırış: "FETÖ məhkəmələrini izləyin"

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan QHT nümayəndələri ilə birlikdə iftar süfrəsi arxasına keçib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan iftardan sonra qeyri-hökümət təşkilatlarının nümayəndələrinə müraciətlə çıxış edib. Türkiyə prezidenti ölkənin dördbir tərəfində müxtəlif sahələrdə QHT-lərin fəaliyyət göstərdiyini vurğulayıb:

“Qeyri-hökümət dövlətin rəqibi deyil, əksinə, tamamlayıcısıdır. Bir dövlət nə qədər güclü olur-olsun, üçüncü sektorun dəstəyi, köməyi və əməkdaşlığı olmadan hədəflərinə çata bilməz. Xüsusilə də millətimizin üzləşdiyi problemlərin həllində sizlərin dəstəyinin çox əhəmiyyətli olduğunu düşünürəm.”

O, həmçinin bir il əvvəl baş verən dəhşətli 15 iyul gecəsi barədə də danışıb və bildirib ki, həmin gün Türkiyə tarixində ən böyük fəlakətlərdən birinin qarşısı alındı:

“Türkiyənin bir daha belə bir müsibətlə üzləşməməsi üçün birinci növbədə terror təşkilatının üzvləri layiq olduqları cəzanı mütləq almalıdırlar. Fikir verin, bu xain qruplaşmaya mənsub olan heç kim səmimi şəkildə peşmanlıq duymur. Bu vəziyyət onların bütün xəyanətləri, cinayətləri, etdikləri haqsızlıqları şüurlu şəkildə həyata keçirtdiklərini göstərir. Məhkəmədə göstərdikləri şou isə cəsarətlərindən qaynaqlanmır, sadəcə bəsirətləri bağlanıb.”

Sonda Ərdoğan iştirakçılara çağırış edib:

“Qeyri-hökümət təşkilatlarının başçıları olaraq sizlərdən məhkəmələrdə də hazır dayanmanızı xüsusilə xahiş edirəm. Bunları izləməlisiniz, beləliklə onların şoularına imkan verməmiş olacaqsınız. Şəhidlərin yaxınlarına və qazilərimizə dəstək olmaq üçün məhkəmələri həm fiziki, həm mənəvi mənada yaxından izləyin. Gördüyünüz əksiklikləri, axsamaları, təkliflərinizi Ədalət Nazirliyinə və digər müvafiq orqanlara bildirməyinizi xahiş edirəm.”

Müşavirlərinin İstanbul və Ankarada davam edən məhkəmə proseslərini izlədiyini qeyd edən prezident bildirib:

“Bu, bizim 15 iyul şəhidlərimiz və qazilərimiz başda olmaqla, bütün millətimizə olan borcumuzdur.”

Yenicag.az

www.yenicag.az

927
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv