Ərdoğandan Roma Papasına: “Bu məsələ həll edilmədən…”

Fələstin-İsrail məsələsi ədalətli şəkildə həll edilmədən Yaxın Şərqdə daimi sülh və sabitliyin bərqərar olması mümkün deyil.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası Fransiskə Fələstinlə bağlı ünvanladığı məktubda bildirib.

“1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövlətinin qurulması və beynəlxalq birliyin bərabərhüquqlu üzvü kimi qlobal sistemdə öz yerini tutması vacibdir. İsrailin Qəzzaya hücumları və 3-cü ilinə girən Ukrayna müharibəsinin qlobal təsirləri başda olmaqla, qarşılaşdığımız problemlər beynəlxalq ictimaiyyətdən əməkdaşlıq və koordinasiyada hərəkət etməyi tələb edir.

Son zamanlar bütün dünyada yayılan anti-islamizm, irqçilik və ksenofobiya kimi cəmiyyətlərarası sülhü və sabitliyi təhdid edən tendensiyaları nəzərə alsaq, hər şərtdə bütün tərəflərlə dialoq yarada bilən şəxslərə tarixdə heç olmadığı qədər ehtiyac var”, – Ərdoğan bildirib.

COP29