!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan səfirin qatilinin FETÖ-çu olduğunu bəyan edib

!Reklam – Yazi

4407608İstintaq Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatilinin Fəthullah Gülənin təşkilatı ilə əlaqəli olduğunu müəyyən edib.

Yenicag.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada mətbuat konfransında bəyan edib.

“O adam FETÖ-nun üzvü olub, bunu gizlətməyə lüzum yoxdur. Açıq şəkildə etiraf etməliyik ki, polis strukturlarımız və ordu sıralarımızda bu çirkin təşkilatın üzvləri hələ də qalmaqdadır. Terror təşkilatına qarşı mübarizə bundan sonra da davam etdiriləcək və dövlət qurumlar FETÖ-dən təmizlənəcək”, deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, səfir A.Karlovun qətli ilə əlaqədar istintaqa rusiyalı müstəntiqlər də qoşulub. “Güman edirəm ki, yaxın müddət ərzində istintaqın gedişi ilə bağlı nəticələri əldə olunaraq ictimaiyyətə təqdim ediləcək”, deyə Türkiyə prezidenti əlavə edub.

Xatırladaq ki, dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.

Yenicag.az

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv