Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terror mövzusunda Rusiyaya xəbərdarlıq edib. Yenicag.az xəbər verir ki, Yozqat Bozok Universitetində çıxış edən Ərdoğan bunları söyləyib:
“İndi PYD-yə dəstək olan ölkələrə səslənirəm. Mənfəət qarşıdurmasına girsəniz, bunlar gəlib, İŞİD kimi canlı bomba partladar. İndi Rusiyaya xəbərdarlıq edirəm. Sanırlar ki, PYD-yə ofis açdılar deyə, bunlara qarşı heç nə etməzlər. Aldanırlar. Terrorçu marağına uyğun olsa, Rusiyaya qarşı da terror edə bilərlər”.