!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan seçkidən sonra ilk AÇIQLAMA

!Reklam – Yazi

erdogSəslərin 99,57 faizinin hesablandığı Türkiyədə bu saata olan nəticələrə görə, AK 49,4 faizlə seçimin qalibidir.

Prezident Ərdoğan bu səhər Eyüp Sultan Məscidində namaz qıldıqdan sonra seçkinin nəticələrini dəyərləndirib:

“Sandıqdan çıxan nəticə məlumdur. Koalisiya danışıqları nəticə vermədiyi üçün təkrar milli iradə göstərmək məcburiyyətində qaldıq. Milli iradə dünən noyabrın 1-dən etibarən sabitlikdən yana təzahür etdi. Mən bu an çıxan nəticənin ölkəmiz üçün xeyirli olmasını diləyirəm. Bir olaq, sağ olaq, hamımız birlikdə Türkiyə olaq. Üzərimizdə böyük oyun oynanıldığını bilirsiniz. Təkrar millətimə minnətdarlığımı ifadə edirəm. O duyduğumuz coşğu ölkəmizin demokratik yetkinliyə çatdığını göstərdi”.

Prezident dünya mediasında Türkiyədə keçirilən seçkilərlə bağlı müzakirələri də dəyərləndirib:

“Görəsən, dünya mediası bizim ölkə ilə bu qədər maraqlandığı qədər nədən öz ölkələri ilə maraqlanmırlar. Millətimiz 52 faizlə prezidentini seçir, 50 faizə yaxın səslə partiyasını seçir, amma əcnəbinin davranışı başqa. Bu ölkənin Ərdoğanı seçməsinə hələ də hörmət edə bilmədilər”(Qafqazinfo).

www.yenicag.az

450
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv