Ərdoğandan Şri-Lankada baş verən teraktla bağlı AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şri-Lankada kilsələrdə və otellərdə törədilən terror aktları ilə bağlı açıqlama verib.

Yenicag.az xəbər verir ki, o, teraktı qətiyyətlə pisləyib:

“Şri-Lankada Pasxa bayramı zamanı baş verən terror aktlarını şiddətlə qınayıram. Bu hücum bütün bəşəriyyətə qarşı həyata keçirilib. Hücumda ölənlərin yaxınlarına və bütün Şri Lanka xalqına özüm və millətim adından başsağlığı verirəm. Bu hücum terrorun hər növüylə qəti mübarizənin vacib olduğunu bir daha ortaya qoyur”.

Qeyd edək ki, Şri-Lankada Pasxa bayramı zamanı Kolombo şəhərində və ölkənin digər yerlərində yerləşən otellərdə və kilsələrdə 8 partlayış törədilib.

Son məlumatlara əsasən, partlayışlar nəticəsində 185 nəfərdən çox insan həlak olub, təxminən 500 nəfər yaralanıb.