!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan SÜRPRİZ YERDƏYİŞMƏ: Hakan Fidan vitse-prezident postuna gətirilir? – İDDİA

!Reklam – Yazi

Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəisi Hakan Fidanın Prezident Rəcəb Tayyib Ərdoğanın “sağ əli”nə çevriləcəyi bildirilir.

Yenicag.az Odatv.com-a istinadən xəbər verir ki, Türkiyədə prezident seçkilərindən sonra formalaşdırılacaq yeni hökumət kabinəsində sürpriz dəyişikliklərin olacağı gözlənilir.

Məlumata görə, hələ ki fəaliyyətdə olan bütün nazirlərin vəzifədən azad ediləcəkləri ehtimalı fonunda əsas diqqət Ərdoğanın vitse-prezident postuna kimi gətirəcəyinə yönəlib.

Qeyd olunur ki, Ərdoğanın iqtisadi məsələlər üzrə vitse-prezident postuna sabiq nazir Mehmet Şimşəyi gətirəcəyi bildirilir. İddialara əsasən, vitse-prezident təyin ediləcək digər ağır fiqur Milli İstihbarat Təşkilatının (MİT) rəisi Hakan Fidandır.

Bildirilir ki, Hakan Fidanın vitse-prezident olacağı təqdirdə, Daxili İşlər Nazirliyi (DİN) ilə MİT təşkilati koordinasiya formasında fəaliyyət göstərəcək.

Bununla da DİN, onun nəzdində olan Jandarma Baş Komandanlığı, Əmniyyət Baş Müdirliyi və MİT-in Hakan Fidanın rəhbərliyi altında bir tavan altında toplanması ilə təhlükəsizlik və kəşfiyyat fəaliyyəti vahid mərkəzdən idarə olunacaq. Bu dəyişikliyinin əsas məqsədinin DİN ilə MİT arasında bağların möhkəmləndirilməsi və daha güclü strukturun formalaşdırılması olduğu vurğulanır.

www.yenicag.az

516
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv