Ərdoğandan terrorçulara gözdağı: “Hamınız birdən gəlin, başınızı…”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada baş verən son hadisələrlə əlaqədar danışıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir, Ərdoğan YPG, İŞİD və digər terror təşkilatlarına lazımi cavabın veriləcəyini bildirib:

“Nə edirlər etsinlər, bizə mane ola bilməyəcəklər. Bunu hamının bilməsini istəyirik. Bəziləri bizə məsləhət verir: “Türkiyə artıq yerini və mövqeyini bilsin” deyirlər. Amma biz Türkiyəyik. Adi bir çadır dövləti deyilik. Bu millət küllərindən doğulub”.

Ərdoğan həmçinin Türkiyəni təhdid edən terror təşkilatlarına gözdağı verib:

“Bəziləri Suriyada oturub bizi təhdit edirlər. Bu təhditlərlə Türkiyənin öz qabığına çəkiləcəyini düşünürlər. Bağışlasınlar, PYD-di, YPG-di, İŞİD-di bizə fərqi yoxdur. Hamınız birdən gəlin, nə olursa olsun, başınızı əzəcəyik. Hazırda havadan zərbələr endiririk, endirməyə də davam edəcəyik. Oturub sizin bizi vurmağınızı gözləməliydik?!”

COP29