Ərdoğandan TƏYİNAT – Yeni xəzinədarlıq və maliyyə naziri o oldu

Türkiyənin xəzinədarlıq və maliyyə naziri Lütfi Elvan istefa verib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni nazir təyinatı ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Nürəddin Nebati xəzinədarlıq və maliyyə naziri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, N.Nebati daha əvvəl xəzinədarlıq və maliyyə nazirinin müavini vəzifəsində çalışıb.