Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının bu gün keçiriləcək təcili iclası öncəsi ABŞ prezidenti Donald Trampa səslənib.
Yenicag.az xəbər verir ki, o, Türkiyənin iradəsinin pulla satın alınmasının mümkünsüzlüyünü bəyan edib:
“Cənab Trampa, siz Türkiyənin demokratik iradəsini dollarla satın ala bilməzsiniz. Bütün dünyaya səslənirəm. Dollarlarla demokratik iradənizi əsla satmayın”.