Ərdoğandan Türkiyə millisinə DƏSTƏK: “Hər zaman yanınızdayıq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün futbol üzrə Avropa çempionatında ilk oyununa çıxan milli komandaya dəstəyini bildirib.

Yenicag.az xəbər verir ki, Ərdoğan özünün “Facebook” hesabından etdiyi paylaşımda bir nəfər kimi Türkiyə millisinin yanında olduqlarını bildirib:

“Çox həyəcanlıyam, hamımız həyəcanlıyıq. Avro-2020-də bu gün bizim uşaqlar meydançaya çıxır.

Şenol hocam, övladlarım… Nəticə nə olursa, olsun, sizləri çox sevdiyimizi bilin. Hər zaman yanınızdayıq. Allah yar və yardımçınız olsun”.