Xəbər verdiyimiz kimi, Türkiyənin Hatay şəhərinin Reyhanlı rayonunda avtomobil partlayıb. Üç Suriya vətəndaşı ölüb, xəsarət alanlar olub.
Yenicag.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu hadisənin terror aktı ola biləcəyini bildirib:
“Daxili İşlər Nazirinin verdiyi məlumata görə, partlayış nəticəsində 3 suriyalı ölüb. Araşdırmalar davam etdirilir. Ölənlərin şəxsiyyətləri müəyyənləşdirilib. Bu hadisənin baş vermə səbəbi araşdırılır. Terror aktı olma ehtimalı böyükdür”.