Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Ərdoğandan yeni təyinat

Türkiyə Rəsmi Qəzetində Rəcəb Tayyip Ərdoğanın yeni qərarı yer alıb.

Yenicag.az xəbər verir ki, Rəsmi Qəzetin 19 aprel 2019-cu il tarixli 30750 sayılı qərarı ilə Türk İş Birliyi və Koordinasiya Agentliyinin (TİKA) sədri Sərdar Çam Türkiyə Mədəniyyət və Turizm Nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Sərdar Çam 1966-cı ildə Ankarada doğulub. Orta məktəbi Lefkoşa Türk Maarif Kollecində tamamlayan Sərdar Çam Orta Doğu Teknik Univeristetinin Kimya Mühəndisliyi bölümündən məzun olub. Boston Universitetində ali təhsilin magistratura pilləsi üzrə təhsil aldıqdan sonra Marmara Univeristetindən Beynəlxalq İqtisadiyyat üzrə doktorluq dərəcəsi alıb.

Bir çox özəl şirkətlərdə yüksək vəzifə tutan Çam, həm də bir sıra dövlət orqanlarında çalışıb. 2002-2009-cu illər aralığında dönəmin Baş Naziri Rəcəb Tayyip Ərdoğanın Baş Köməkçisi vəzifəsini tutub.

2019-cu ildə “Makedoniya Ləyaqət Ordeni” verilən Sərdar Çam bundan əlavə bir çox ölkələrin də xüsusi ordenləri ilə təltif olunub.

Aqil Bəkir

www.yenicag.az

1777
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM