Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana xəbərdarlıq edib.
Yenicag.az xəbər verir ki, prezident “Teknofest Karadeniz” Aerokosmik və Texnologiya Festivalında çıxış edərək Yunanıstana tarixə nəzər salmağı məsləhət bilib:
“Ey yunan, tarixə bax, tarixə qayıt, çox irəli getsən, bədəli ağır olacaq. Yunanıstana deyəcək bir cümləmiz var: İzmiri unutma! Adaları işğal etməyiniz bizi saxlamaz. Vaxtı gələndə lazım olanı edəcəyik. Bir gecə qəfil gələ bilərik”.