Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ərdoğandan Yunanıstana xəbərdarlıq: "Hədlərini aşırlar"  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında çıxış edib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan çıxışı zamanı Yunanıstana xəbərdarlıq edərək qonşu ölkənin fürsətçilikdən əl çəkməsini istəyib:

“Elə bilməsinlər ki, Kipr sahillərində təbii qaz axtarışları və Egey qayalıqları ilə bağlı məsələ diqqətimizdən yayınır. Kiprdə və Egeydə həddini aşanlara xəbərdarlıq edirik. Onların planlarını pozacağıq”.

Türkiyə prezidenti yunanların xarici şirkətlərə güvənərək hədlərini aşdığını söyləyib:

“Məsləhət görürəm ki, onlar üçün alətə çevrilməsinlər. Bunların qəhrəmanlıqları bizim ordumuzu görənə qədərdir. Bizim üçün Afrin nə qədər əhəmiyyətlidirsə, Egey və Kiprdəki haqlarımız da bir o qədər vacibdir”.

www.yenicag.az

2065
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM