!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ərdoğanın 32 saatlıq demarşına Qərbdən 32 saniyəlik cavab” – Elşən Musayev yazır

!Reklam – Yazi

elshen-musayev-24-03-2012Qərbin maskası yırtılıb. Artıq açıq oynayır. Özünü gizlətmir. Ərdoğanın hər jestinə operativ qarşılıq verir. Ehtimal edilən Rusiya-İsrail-Türkiyə İttifaqına öz üslubunda münasibət bildirir…

Əslində Türkiyə Prezidentinin “üzr məsələsindəki” ayrıntıların (zamanın düzgün ayarlanması, Ərdoğan kimi qabağından yeməyən bir liderin kimsənin gözləmədiyi anda məlum mətnli məktubu yazması) özü belə həmin maskanın yırtılması üçün katalizator rolunu oynadı. Çün, Qərb bunu gözləmirdi. Paralel olaraq 32 saat içində İsrail cəbhəsinin də açılacağını isə heç gözləmirdi. Bu səbəbdən seytnot vəziyyətinə düşdü, eyforiyaya qapıldı və İstanbul teraktı ilə tarana getdi.

Yeri gəlmişkən, bu arada Davudoğlunun təcili istefa səbəbi də məlum oldu. Zatən şübhələr vardı, AKP rəsmilərinin, təəssübkeşlərinin də ağzını arayanda eyni məntiqə varırdıq. Fəqət, dediyim kimi, haça fikirlər bu dəfə tam dəqiqləşdi: “Qərbin təxribatına qarşılıq rus təyyarələrini vurma əmrini Ərdoğan deyil, Davudoğlu verib. Daha sonra Qərb tərəfindən yaradılan süni diplomatik kritikanı önləmək üçün Davudoğludan tələb olunub ki, hökümət adından səthi mətnlə belə olsa üzrxahlıq eləsin. (məlumatlı mənbələr Çankaya Köşkündəki 5 saatlıq müzakirənin də Davudoğluna son xəbərdarlıq məzmunu daşıdığını söyləyir) Və…baş nazir çox böyük ehtimal, gələcək karyerasını düşünərək buna getməyib. Nəticədə isə uslu-uslu istefaya məcbur edilib. “Üzr missiyası” boyda yekə bir yükü də siyasətdə və yüksəlişində demək olar qram-qram, addım-addım hər şeyini borclu olduğu şəxsin – Ərdoğanın üzərinə qoyub.

“Davudoğlu kritikası” haqqında Qərbin bütün dairələri məlumatlı idi. Ərdoğandan fərqli olaraq yeni baş nazir çox asan bir formada, üstəlik özü də bilmədən tora salınmışdı. Amma sona qədər bunun fərqində olmadı və Ərdoğanı məcburi seçimlə baş-başa qoydu. Təbii, Binəli Yıldırım Davudoğlu qədər istedadlı və akademik səviyyəyə malik parlaq siyasətçi deyil. Sadəcə məsələ burasındadır ki, hazırda Ərdoğanın heç belə birinə ehtiyacı da yoxdur. Mövcud durumda – yəni  Qərbin, Avropanın + onların tətikçiləri olan beynəlxalq təşkilatların, terrorist qrupların (İŞİD, PPK və s) Türkiyəni həlqəyə almış olduğu məqamda sədaqət faktoru ön plana keçib. Binəli Yıldırım isə Ərdoğana görə özünü fəda edəcək bir şəxsdir.

Davudoğlunun istefasına, Türkiyəyə qarşı qurulan növbəti oyunun ifşa olunmasına Qərbdən ilk cavab isə Almaniyanın əli ilə gəldi – saxta soyqırım iddiasını heç gərəkmədik yerdə qabardaraq. Ardınca da Suriya sərhədi boyunca PPK həmlələri gözlənilirdi. Daha sonra Rusiya ilə münasibətlər tənzimlənməli, Türkiyəyə “miqrant zərbəsi” vurulmalı və nəhayətində Ərdoğan təklənməli, “xalq əli” ilə devrilməli idi.

Ərdoğan peşəkar, yerin altını da bilən oyunçudur. Dərhal məsələdən duyuq düşdü və İsrail, Rusiya jesti ilə məlum dairələrin gözünü təpəsinə çıxardı. Nəticədə isə qarşılıq olaraq terror cavabını aldı. İstanbulun tam göbəyində. “Atatürk” hava limanında…

İndi isə keçək saatlar öncə baş verən qətliamın təfərrüatlarına:

 

“Atatürk” hava limanı Avropanın ən ciddi qorunan strateji məkanlarından biridir. Orada quş quşluğu ilə uça blməz, nəinki avtomatlı terrorist. Demək ki, proses gərəyi ciddi bir hazırlıq görülüb, işçi qrupuna, ələlxüsus da aeroportun təhlükəsizlik xidmətinə aylar ya da illər öncə emissarlar yerləşdirilib. Zaman gözlənilib və təlimat gəldiyi anda “düyməyə” basılıb.

Canlı bombalar (kamikadzelər) bütün hallarda psixotrop maddələrlə anlaqsız vəziyyətə gətirilən icraçılardır. Onlar yalnız prosesin “zirvə” mərhələsində istifadə olunur. Qətlin lokal planını quran əsl (gözəgörünməz)  simalar isə çox güman terror anında yaralıları, ölüləri təcili yardım maşınına daşıyanların arasında olub.

Antalya da daxil digər istiqamətlərə birbaşa və transfer uçuşlarını həyata keçirən hava limanı son 6 ay ərzində ən gərgin qrafiklə məhz dünən işləyib. “Gediş” terminalının seçilməsi də təsadüfi deyil: “23.00-23.50” – ara məsafəli uçuşlar “Atatürk”ün ana reysləri hesab olunur. Həmin radələrdə giriş qapısından uzanan növbələr qaçılmazdır və cinayətkar dəstə o təəsüratı yaratmaq istəyib ki, hadisə daxildən deyil, çöldən içəri nəql edilib.

Təyyarə uçuşları səhər saatlarına qədər təxirə salınıb, hava limanının giriş-çıxışı uzun müddət bağlı saxlanılıb, bəlli həndəvərdə internet provayderlərinin fəaliyyətinə ciddi məhdudiyyət qoyulub. Və deyim, bu tam yalnış bir təhlükəsizlik strategiyasıdır. Nəzərə alsaq ki, terror olayı zərgər dəqiqliyində hesablanıb, o zaman “B” variantı da nəzərdən keçirilə və panik durum fonunda hər an ikinci (növbəti) terror aktı törədilə bilərdi.

P.S Əlqərəz, qardaş Türkiyəyə və Ərdoğana qarşı qurşaqdan aşağı oyun gedir.

Amansızca, ibliscə, riyakarca, vicdansızca….

“Demokartik dünya” nın əsl sifəti budur!!!

 

Elşən Musayev, Milli Məclisin deputatı

Musavat.com

 

www.yenicag.az

834
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv