Ərdoğanın 5 aydır qolundan çıxarmadığı saatın sirri məlum oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul 2016-cı il çevriliş cəhdinin birinci ildönümündən etibarən taxdığı saatı heç vaxt qolundan çıxarmır.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Çəlikdən hazırlanmış ağ rəngli saat Ərdoğanın qatıdığı bir çox rəsmi tədbirlərdə xüsusi diqqət çəkir. Türkiyə prezidentinin 5 aydır sevərək taxdığı saat xüsusi olaraq onun üçün hazırlanıb. Belə ki, saatdakı “6” rəqəminin üstündə 15 iyul loqosu həkk olunub, saatın arxasında isə “Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti” yazılıb.

Məlumata görə, saatın markası gözlənilənin əksinə bahalı markadan deyil. Saatı brend edən isə saatın arxasındakı imzadır, çünki dünyada ikini bir nümunəsi yoxdur.

 

 

COP29