Ərdoğanın andiçmə mərasimi – VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi baş tutub.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, andiçmə TBMM-də keçirilir. Məclis binasına gələn Ərdoğanı fəxri qaravul dəstəsi qarşılayıb.

Ölkə başçısı and içərək prezidentlik vəsifəsinin icrasına rəsmən başlayıb.

Qeyd edək ki, mərasimdə 50-yə yaxın ölkədən dövlət rəsmisi iştirak edir. Ölkəmizi isə mərasimdə baş nazir Novruz Məmmədov təmsil edir.