!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın Azərbaycan SƏFƏRİ: "Ola bilsin ki, oraya Türkiyənin F-16 qırıcıları endi" - ŞƏRH

!Reklam – Yazi

“Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanına gəlməsi və açılışda iştirak etməsi tarixi bir hadisədir. Gələcəkdə tarixçilər buna qiymət verəcəklər”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri və Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsinin əhəmiyyətini şərh edən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Ərdoğan müasir Azərbaycan tarixinə öz imzasını atmış şəxsiyyətdir:

“Ərdoğan müasir Azərbaycan tarixinin bir hissəsini yazmış şəxsiyyətdir. İstər müharibə dövründə, istərsə də müharibədən sonra Zəfər hərbi paradında iştirakı və çıxışı, Türkiyə ordusunun bir hissəsinin həmin parada qatılması, Türkiyə-Azərbaycan ordularının Xüsusi Təyinatlı Qüvvələrinin birgə keçirilən hərbi təlimləri, Şuşa Bəyannaməsi və digərləri Ərdoğanın siyasi iradəsinin məhsuludur. O, Azərbaycanla Türkiyə arasındakı münasibətləri hərbi-siyasi ittifaq səviyyəsinə qaldırdı. O, indi də Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməklə münasibətləri daha yüksək həddə çatdırmaq məqsədi güdür. Azərbaycan və Türkiyənin düşmənilərinə ciddi mesajlar veriləcək. Hesab edək ki, Füzuli Beynəlxalq Hava Limanı həm də Türkiyənin hava limanlarından biridir. Oraya Türkiyənin təyyarələri enəcək. Gələcəkdə ola bilsin ki, oraya Türkiyənin F-16 qırıcıları endi. Bir sözlə, bizim qardaş ölkənin rəhbərinin Azərbaycana səfəri düşünürəm ki, hər kəsin ürəyincədir”.

Səxavət Məmməd

www.yenicag.az

671
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv