Türkiyənin Müdafiə Nazirliyi prezident Rəcəb Tayyib Ərdoğanın babası Mustafa oğlu Kamalla bağlı arxiv sənədini yayımlayıb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, nazirlik prezidentin babasının I Dünya Müharibəsi zamanı Sarıqamış hərəkatında donaraq şəhid olduğunu bildirib. Açıqlamada bu ifadələrə yer verilib:
“Milli Müdafiə Nazirliyi tərəfindən aparılan arxiv araşdırmasının nəticəsində Rize hərbi şöbəsinin prezidentliyə aid 8355 nömrəli dəftərin 213-cü səhifəsində əsgərlikdə itkin düşənlərə aid məlumatda 1882-ci təvəllüdlü Mustafa oğlu Kemalın şəhid olduğu müəyyən edilib”.
Qeyd edək ki, Ərdoğanın məsələ ilə bağlı söylədiyi sözlərdən sonra onun babasının həqiqətən şəhid olmadığı iddia olunmuşdu.