!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın Bakı səfərində bu qərarlara imza atılacaq - Nazarbayev sürprizi - PROQRAM

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfər edəcək. 

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə İnformasiyalar Nazirliyi məlumat yayıb.

Səfər zamanı Ərdoğan 7-ci dəfə təşkil edilən Türk Şurası Zirvə Toplantısına qatılacaq.

Zirvə görüşü zamanı Qazaxıstanın qurucu Prezidenti Nursultan Nazarbayevə, Türk Şurasının qurulmasında göstərdiyi xidmətlərə görə fəxri lider adı veriləcək.

Türk Konseyi 3 noybr, 2009-cu ildə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın iştirakı ilə qurulub. Bu ilki zirvə toplantısını önəmli edən digər əsas səbəb bu il Özbəkistanın daşuraya üzv olmaq barədə qərarıdır. Ötən il baş tutan zirvə toplantısına müşahidəçi kimi qatılan Macarıstanın paytaxtı Budapeştdə açılan “Türk Şurası Avropa Təmsilçiliyi Ofisi”nə dair sənədləşmə işləri də Bakıdakı zirvə toplantısında qəbul ediləcək.

Türk Konseyi ilə qarşılıqlı əlaqədə olan və fərqli sahələrdə işlər görən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyət və Miras Fondu ilə Türk Sənaye  və Ticarət Mərkəzi arasında əlaqələri gücləndirəcək Türk Şurası Kordinasiya Komitəsinin yaradılmasına dair daanışıqların da zirvədə müzakirəyə çıxarılması gözlənilir.

Ərdoğanın zirvə sırasında Türk ölkələri liderləri ilə görüşmələr həyata keçirilcəyi də gözlənilir.

Türkiyə Prezidentinin səfər proqramı 15 noyabrda sona çatacaq.

www.yenicag.az

3093
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv