Ərdoğanın Bakının qurtuluşu ilə bağlı paylaşımı: “Bundan sonra da azərbaycanlı qardaşlarımızın yanında olacağıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının qurtuluşu ilə bağlı “Tvitter” hesabında paylaşım edib.

Yenicag.az xəbər verir ki, paylaşımda deyilir:

Dostumuz, qardaşımız, ayrılmaz parçamız olan Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü təbrik edirəm. Biz əvvəlki kimi bundan sonra da azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində yanında olacağıq”.