!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın diqqətini çəkən Qırğızıstandakı FETÖ - “Azərbaycandan qaçan fətullahçı rektor belə Bişkekdədir”

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan ziyarəti zamanı FETÖ mövzusuna toxunub. Həmkarı Sooronbay Ceenbekovla ortaq mətbuat konfransında FETÖ terrorundan da danışan türkiyəli başqan “Eyni çevrilişi burada da edə bilərlər” xəbərdarlığı edib. 

Qırğızıstan prezidenti isə FETÖ fəaliyyətlərinin tamamilə dövlət nəzarətinə alındığını bildirib və bundan sonra da mövzunu şəxsən təqib edəcəyini bildirib. 

FETÖ fəaliyyətlərini araşdıran, “Terrorun gülən üzü” “Səssiz işğal” kitablarının müəllifi Aqil Ələsgər İNTERPRESS.az-a bildirib ki, “Qırğızıstan hazırda fətullahçıların özlərini çox rahat hiss etdikləri ölkələr sırasındadır. Xüsusilə, 15 iyul çevrilişə cəhdindən sonra bir çox fətullahçılar Avropaya gedərkən, Rusiya, Qazaxıstan və Azərbaycandan bir sıra önəmli isimlər Bişkeki seçdilər. Belə ki, Azərbaycandakı “Çağ Öyrətim”in qırğız versiyası “Sebat” idi. “Sebat” Beynəlxalq Təşkilatına 16 lisey, “Atatürk-Ala Too” Universiteti, “Silk Road” Özəl Məktəbi və hazırlıq kursları və yataqxanalar daxildir. Fəqət 15 iyuldan sonra keçmiş prezident Atambayevin vaxtında bu təhsil müəssisələri Azərbaycanda və digər ölkələrdə olduğu kimi adlarını dəyişdirdilər. Hazırda bu məktəblər “Sabat” adı ilə fəaliyyətlərini davam etdirirlər. Hətta bir çox ölkədən qaçan fətullahçılar bu təhsil müəssisələrində fəaliyyət göstərirlər. Məsələn, Azərbaycanda bağlandığı deyilən “Qafqaz” Universitetinin sabiq rektoru Əhməd Sanıc hazırda “Atatürk-Ala Too” Universitetinin prorektoru və tibb fakultəsinin dekanıdır. Hansı ki, bu şəxs Azərbaycanda FETÖ-nun Ənvər Özərəndən sonra ikinci-üçüncü şəxslərdən biri sayılırdı. Qırğız hökuməti bu mövzuda çox diqqətli olmalıdır. Ərdoğanın bu barədə xəbərdarlığı boşuna deyil. Eynilə, Azərbaycanda Elnur Aslanov dönəmində olduğu kimi Qırğızıstanda da “lisey cocuqları” önə çəkilməkdədir. Orada da sırf “lisey cocuqları”nın önünün açılması üçün qırğız təhsili bərbad hala salınmaqdadır. Zatən, ölkədə ciddi bir yoxsulluq var və bundan da FETÖ istifadə etməkdədir. Dövlətin alt və orta təbəqəsinə geniş şəkildə sızıblar. Bu səbəbdən də, qırğız hökumətinin bu məsələni nəzarətdə saxlaması deyil, daha ciddi tədbirlər görməsi vacibdir”.  

Aqil Ələsgər onu da qeyd edib ki, “Azərbaycan kimi Türkiyənin yanında olan ölkələrdə FETÖ fəaliyyətlərini gizli olaraq, aparmaqdadır. Çünki açıq fəaliyyətin sonları olacağını bilirlər. Məsələn, “Zaman” qəzetinin bağlayaraq, yerində tamamilə Azərbaycan vətəndaşları olan şəxslərdən ibarət “Yeni Avaz” təsis etdilər və onunla media sektorunda varlıqlarını qoruyurlar. Zaman-zaman da Azərbaycan-Türkiyə əlaqələrini baltalamaqdadırlar. Qırğızıstanda isə buna belə ehtiyac görmədilər. “Zaman Qırğızıstan” bu gün də fəaliyyətini davam etdirməkdədir. Yəni, bu gün FETÖ-nün əlini-qolunu sallayaraq, fəaliyyət göstərdiyi ölkələrin başında təəssüf ki, qardaş saydığımız Qırğızıstan gəlir. Ərdoğana “abi” deyən Atambayevin bu məsələdə mövqeyi ilə cənab Ceenbekovun mövqeyi üst-üstə düşmür. Yəqin ki, Ceenbekov bu məsələdə ciddi addımlar atacaqdır. Bu Türkiyədən çox Qırğızıstana lazımdır”. 

www.yenicag.az

4419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv