!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın “dolları lirəyə dəyiş” çağırışı effektli aksiya oldu

!Reklam – Yazi

images-5Partiya sədri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın lirənin möhkəmləndirilməsinə yönəlik çağırışının xalqdan dəstək aldığını bildirib.

Yeniçağ.Az xəbər verir ki, Türkiyə əhalisi ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışına dəstək nümayiş etdirərək, əllərdəki dolları lirəyə dəyişməkdədir.

Bu barədə Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Numan Kurtulmuş danışıb. Onun sözlərinə görə, bir neçə gün əvvəl Türkiyədə 1 dollar 3,60 lirə səviyyəsində bahalaşdığı halda artıq 3,39 lirəyə düşüb: “Çox şükür, bu xəbəri eşitdikdə sevindim. Türk lirəsi layiq olduğu səviyyələrə gələcəkdir. Bu məsələdə həyata keçirdiyimiz iqtisadi fəaliyyətlərin ciddi nəticələr verəcəyinə inanıram. Çevriliş cəhdindən bu günə kimi millətimiz 13 milyard dollar pulunu türk lirəsinə çevirdi. Bundan sonra baş verən proseslərlə bağlı müəyyən problemlər ortaya çıxdı. Bəzi dairələr bundan istifadə edib, “Türkiyənin iqtisadiyyatı dağılır” kimi yersiz bəyanatlar verməyə başladılar. Çox şükür, bu planları da alınmadı. Millətimiz cənab prezidentimizin çağırışına səs verərək, əllərindəki dollarları lirəyə çevirir. Bir daha çox təşəkkür edirik. Həmçinin dövlət müəssisə və təşkilatları da dollar üzərindən apardığı əməliyyatlarını türk lirəsi üzərindən etmə qərarı verdilər. Ciddi bir problem yoxdur”.

Türkiyənin milli valyutası ətrafında baş verənləri Yeniçağ.Az-a dəyərləndirən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib ki, xalqın prezident Ərdoğanın məlum çağırışına dəstək verməsi lirənin ucuzlaşması tendensiyasını dayandırıb: “Gördüyümüz kimi, Türkiyə yeni təzyiq dalğası ilə üzləşib. O cümlədən, valyuta bazarında dolların bahalaşmasının Türkiyə iqtisadiyyatına mənfi təsiri özünü göstərməkdə idi. Ancaq Türkiyə lirəsinin ucuzlaşmasının obyektiv səbəbləri qədər də subyektiv nədənləri var. Ona görə də hörmətli Ərdoğanın “Dolları lirəyə dəyiş” çağırışı effektli aksiya oldu. Artıq Türkiyə höküməti də bu istiqamətdə kompleks addımlar atmaqdadır. Türkiyənin mühüm şirkətlərinin hesablaşmalarda lirəyə keçmələri, Çin və Rusiya ilə ticarətin milli valyutalarda aparılmasına hədəflənmiş təşəbbüslər də lirəni məhkəmləndirə bilər. Lakin o da qeyd olunmalıdır ki, iqtisadiyyatın öz dəyişməz qanunları var. Türkiyə iqtisadiyyatı qlobal iqtisadiyatın tərkib hissəsidir və izolyasiyaya getmək Türkiyənin öz maraqlarına da cavab vermir. Çalışmaq lazımdır ki, Türkiyə maraqları önə çəkilməklə, ABŞ və Avropa Birliyi ilə münasibətlər normal məcraya qaytarılsın”.

Yeniçağ.Az

www.yenicag.az

490
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv