!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın “milli səfərbərlik” çağırışına ilk dəstək gəldi

!Reklam – Yazi

perincekTürkiyənin Vətən Partiyasının lideri Doğu Perinçek prezident Rəcəb Tayyib Ərdoğanın “səfərbərlik” çağırışına dəstək verib.

Yeniçağ.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, R.T. Ərdoğanın məlum çağırışına dəstəyini bəyan edən D.Perincek “Biz Vətən Partiyası olaraq, milli səfərbərliyin ön sırasındayıq”, deyib. Partiya sədri ölkə daxilində bəzi dairələrin “savaş əleyhdarlığı” bəhanəsi ilə səfərbərliyə qarşı çıxmasını da tənqid edib:

“Türkiyənin Vətən müdafiəsinə qarşı çıxan, “Saray müharibəsi” kimi o bayatıları oxuyan bəzi həşaratlarla da rastlaşacağıq. Səfərbərlik elanı üçün hüquqi prosedurun həyata keçirilməsi tələb olunur. Səfərbərliyin hansı hallarda elan olunması Konstitusiyanın 122-ci maddəsində aydın göstərilib. Burada millətin bölünməzliyini daxildən və xaricdən təhdid edən zorakı hərəkətlərin ortaya çıxması məsələsi var. Bu gün belə şərtlər mövcuddur. Ona görə də Vətən Partiyası düz bir il əvvəl mövqe bildirərək, 2016-cı il dekabrın 19-29-da səfərbərlik elan edilməsinin vacibliyini bəyan etmişdi. Prezidentin “Səfərbərlik elan edirəm” deməsi yetmir, bununla bağlı hüquqi prosedurlar işə salınmalıdır. Bu proses belə getməlidir:

* Nazirlər Kabineti Prezidenti rəhbərliyi altında toplanacak.

* Milli Təhlükəsizlik Şurasının mövqeyi öyrəniləcək.

* “Rəsmi qəzet” dərc olunacaq.

* Türkiyə Böyük Millət Məclisinin fövqəladə toplantısı çağırılacaq və səfərbərlik haqqında qərar qəbul ediləcək.
Biz Vətən Partiyası olaraq, bu milli səfərbərliyin ön sırasında olacağıq”.

Araz Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

478
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv