Ərdoğanın müavini Azərbaycana gəldi – TÜİB-in dəvəti ilə

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin müavini, millət vəkili Mustafa Şən Azərbaycana gəlib.

Yenicag.az xəbər verir ki, səfər Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB)  sədri Hüseyin Büyükfıratın dəvəti ilə gerçəkləşib.

Mustafa Şən səfər çərçivəsində bir sıra rəsmi və qeyri-rəsmi görüşlər keçirəcək, Türkiyə və Azərbaycandan olan iş adamları ilə bir araya gələcək.

AKP sədrinin müavini həmçinin TÜİB-in ənənəvi işgüzar səhər yeməyində fəxri qonaq qismində iştirak edəcək.