Ərdoğanın Afrika səfərində ölüm: Cənazə prezidentin təyyarəsində gətirildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrika səfərində ölüm hadisəsi baş verib.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Ərdoğanın Seneqal səfərində Prezident Mühafizə İdarəsinin Xüsusi Təyinatlılar Şöbəsinin müdiri Xeyrəddin Ərən infarkt keçirib.

Göstərilən tibbi yardıma rəğmən, Ərənin həyatını xilas etmək mümkün olmayıb.

Şöbə müdirinin cənazəsi Afrika səfərini yarıda kəsib geri dönən Ərdoğanın təyyarəsində ölkəyə gətirilib.