Türkiyənin hakim partiyası AKP 316 səslə iyunun 24-də keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb.
Yenicag.az Qafqazinfo-ya istinadən məlumat verir ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) bu gün keçirilən səsvermədə AKP millət vəkilləri prezident postunda yenidən Ərdoğanı görmək istəyiblər.
Xatırladaq ki, Türkiyədə iyunun 24-nə növbədənkənar prezident seçkiləri təyin olunub.