Ərdoğanın oğlu restoran açdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan ortaqları ilə birlikdə İstinyedəki məşhur ticarət mərkəzində restoranı açıb.

Yenicag.az xəbər verir ki, İstanbulda dəbdəbəli bir ticarət mərkəzində açılan restoran artıq müştərilərini qəbul etməyə başlayıb.

Məlumata görə, 1 milyon 500 min TL (147 150 AZN) sərmayə ilə açılan restoranda menyuda yalnız toyuq, düyü və sərin içkilər yer alıb.