Ərdoğanın partiyasından neçə nəfər qovulub? – AKP-li deputat açıqladı

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) kənarlaşdırılanların sayı müəyyənləşib.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, AKP-nin İstanbul millət vəkili Burhan Kuzu və partiyanın Qaziantep millət vəkili Şamil Tayyar iştirak etdikləri “Nələr olur” proqramında ölkə gündəmi ilə bağlı sualları cavablandırıblar.

FETÖ terror şəbəkəsinin 15 iyul çevriliş cəhdindən sonra AKP-dən qovulanların sayı haqqında suala cavab verən Burhan Kuzu konkret rəqəm səsləndirib:

“Çevriliş cəhdindən sonra AKP-dən 300 nəfər kənarlaşdırılıb. Bunların içində partiyanın vilayət təşkilatının sədri, bələdiyyə sədri, bələdiyyə Məclisinin üzvləri də var.

Bu barədə söhbət düşmür, biz də danışmırıq. Bu istiqamətdə mübarizənin ardıcıllıqla davam etdiriləcəyini düşünürəm”.

Yeniçağ.Az