Ərdoğanın qərarı dolları ucuzlaşdırdı

Bu gün Türkiyədə dollar ucuzlaşıb.

Yenicag.az xəbər verir ki, ABŞ valyutası 5.65 faiz ucuzlaşaraq 5.98 türk lirəsinə dəyişdirilib.

Avroda ucuzlaşaraq 6.8 türk lirəsinə bərabər olub.

Qeyd edək ki, ötən gün dolların dəyəri 6.43 türk lirəsi təşkil edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğa ABŞ-dan idxal olunan bəzi məhsullarla bağlı əlavə vergi rüsumunun artırılması barədə fərman imzalamışdı.