!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın qeyri-müəyyən GEDİŞİ: Türkiyədə prezident və parlament seçkilərinin vaxtı dəyişdirilir? - RƏY

!Reklam – Yazi

“Türkiyədə seçkilərin tarixi dəyişdiriləcəksə, bu, müxalifətin belə istədiyi üçün baş verməyəcək”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkədə bu ilin iyununda keçiriləcək prezident və parlament seçkilərinin vaxtının irəli çəkilməsinin mümkünlüyü haqda fikirlərini şərh edən Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri, professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyədə seçkilərin vaxtının irəli, yaxud da geri çəkilməsi prinsipial əhəmiyyət daşımır:

“Ümumiyyətlə Türkiyədə seçkilərin yayda deyil, daha erkən zamanda keçirilməsi haqda fikirlər yeni deyil. Türkiyə rəsmilərinin bu barədə müəyyən açıqlamaları olub. Cənab Ərdoğanın da seçkilərin vaxtının irəli çəkilməsinin mümkünlüyünü bildirməsi bu çərçivədə qiymətləndirilə bilər.

Seçkilərin vaxtının dəyişdirilməsi qanunvericilikdə nəzərdə tutulan qaydada baş verir. Yəni hökumətin seçkiləri bir ay tez, ya da gec keçirməsi xüsusi prinsipiallığı ilə seçilən məsələ deyil. İndiyə qədər də çox sayda analoji qərarlar qəbul edilib.

Digər tərəfdən, Türkiyədə müxalifət qüvvələrinin seçkilərin tezləşdirilməsinin vacibliyi mövqeyindən çıxış etdiyi məlumdur. Ancaq seçkilərin tarixi dəyişdiriləcəksə, bu, müxalifətin belə istədiyi üçün baş verməyəcək. Hökumətin bununla əlaqədar qərarının nə olacağı yəqin ki yaxın vaxtlarda bilinəcək”.

A.Zeynalov

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv