Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Ərdoğanın seçkilərdə ilk rəqibi: MHP-dən ayrılanlar Meral Akşeneri önə çıxarır

Türkiyənin müxalifət düşərgəsindən 2 il sonra keçiriləcək prezident seçkilərinə qatılacağı açıqlanan ilk namizəd bəlli olub.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, rəhbərliklə fikirayrılığı səbəbindən Milliyyətçi Hərəkat Partiyasını (MHP) tərk edən Koray Aydın FOX TV telekanalına müsahibəsində 2019-cu ildə keçiriləcək prezident seçkilərində Meral Akşenerin prezidentliyə namizədliyinin irəli sürüləcəyini deyib.

Aydın MHP-dən ayrılmasının səbəbi haqqında suala cavabında bu addımı atmaq məcburiyyətində qaldığını vurğulayıb:

“Çünki MHP AKP-nin daxilində “əriyəcək”.

Vaxtilə MHP lideri Dövlət Baxçalıya qarşı çıxaraq, Meral Akşener, Ümit Özdağ və Sinan Oğanla birlikdə təşkilat sədrliyinə namizədliyini irəli sürən Aydın bildirib ki, Akşenerin rəhbərliyi ilə yaradılan yeni partiyaya üzv olacaq.

Sabiq MHP-li 2019-cu ildə keçiriləcək prezident seçkilərində Akşenerin namizədliyini irəli sürəcəklərini qəti şəkildə bəyan edib. Aydının sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan Meral Akşenerin adlarının olduğu sorğularda heç vaxt birinci olmayıb:

“Heç kim sistemin dəyişməsinin fərqində deyil. Prezident seçkiləri iki turdan ibarətdir. Ana müxalifət olsaz, 1-ci yerin qalibi ilə mübarizə aparacaqsız. AKP-nin gücü məlumdur, onun qarşısında 50 faizlik bir hissə var.

Meral xanımın xalqa bağlılığı mübahisə doğurmur. Yaratdığımız partiyanın qurucusu millətdir və sədrlik postunu da Meral xanıma verib. Meral xanımın qatılacağı seçkilərdə məsələnin birinci turda həll olunmayacağı dəqiqdir.
Düşünürəm ki, Akşener ikinci turda qalib gələcək – buna inanıram. Onun ən çox da dindarlardan səs alacağı qənaətindəyəm. Çünki dindarlar böyük bir çıxış axtarışındadırlar.

2002-ci ildə dövrün ruhu, atmosferi AKP-ni hakim partiyaya çevirdi. Millət heç onun adını da düz-əməlli bilmirdi. İnsanlar artıq ən qiymətli məfhum olan azadlıqlarının əllərindən alındığını düşünürlər. AKP elektroatının da düşüncəsi çox qarışıqdır.

Sorğular da göstərir ki, bütün partiyaların öz namizədlərini irəli sürəcəkləri təqdirdə də Ərdoğan ilk turda qalib gəlməyəcək. Akşenerin II tura keçəcəyi aydın görünür. Ərdoğan II mərhələdə də Akşenerə qalib gələ bilməyəcək.
Ərdoğan 15 ildir, bu ölkəyə rəhbərlik edir. Onun yaxşı işlərini görməməzliyə vurmaq olmaz. Ancaq istənilən şəxslə mərc edərəm ki, prezident seçkilərinin qalibi Akşener olacaq”.

Müsahibəsinin sonunda AKP iqtidarının FETÖ-ya qarşı apardığı mübarizəni tənqid edən Aydın bildirib ki, Akşenerin partiyası bu təşkilatla çox effektli mübarizə apara bilər:

“FETÖ-nun onurğasını qıracağıq. Meral xanımın FETÖ-ya qarşı mübarizədə çox qətiyyətli olacağına əminəm”.

Yenicag.Az

www.yenicag.az

517
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM