Prezident Ərdoğanın səsini süni intellektlə təqlid edərək iş adamlarını və yüksək səviyyəli dövlət idarəçilərini aldatmağa çalışan şəxs MİT əməliyyatı ilə yaxalanıb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, həmin şəxsin xarici vətəndaşlar üçün aldığı 10-dan çox fərqli GSM xətti üzərindən iş adamlarına zəng etdiyi üzə çıxıb.
Araşdırma nəticəsində dələduzun şəxsiyyəti və yeri müəyyən edilərək saxlanılıb./unikal.az/