!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın Türkiyədən qovduracağı 10 səfir kimdir? – SİYAHI

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Persona non qrata” elan etdirəcəyi 10 ölkə səfirinin adları açıqlanıb.

Yenicag.az xəbər verir ki, Türkiyənin “Milliyet” qəzeti həbsdə olan Osman Kavalanın “dərhal azadlığa buraxılmasını” tələb etdikləri üçün “Arzuedilməz şəxs” elan olunaraq qovulacağı gözlənilən 10 ölkə səfirinin dosyesinə işıq salıb.

Onların siyahısını təqdim edirik:

1. David M. Satterfild – 2019-cu il iyunun 27-də ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə təyin olunub. Yaxın Şərq ölkələrində 40 illik iş təcrübəsinə malikdir.

2. Yurgen Şults – 2020-ci ilin oktyabrında Almaniyanın Türkiyədəki səfiri təyin olunub. Əvvəllər BMT-nin müxtəlif strukturlarında işləyib.

3. Herve Naqro – 2020-ci ilin oktyabrında Fransanın Türkiyədəki səfiri vəzifəsinə təyinat alıb. Buna qədər Fransanın İstanbuldakı Baş konsulluğunda çalışıb.

4. Ari Maaki – 2019-cu ildən etibarən, Finlandiyanın Türkiyədəki səfiridir. Əvvəllər İran və Ermənistanda diplomatik xidmətdə olub.

5. Danni Annan – Bu ilin martında Danimarkanın Türkiyədəki səfiri vəzifəsinə təyin edilib. Buna qədər bir sıra Şərq ölkələrində işləyib.

6. Maryanne de Kvaastenyet – 2018-ci ildə Niderlandın Türkiyədəki səfiri postuna təyin olunub. Buna qədər Avropa İttifaqının (Aİ) müxtəlif strukturlarında fəaliyyət göstərib.

7. Staffan Herriström – 2020-ci ilin senrtyabrında İsveçin Türkiyədəki səfiri vəzifəsinə gətirilib. Buna qədər Xarici İşlər Nazirliyinin Mərkəzi və Şərqi Avropa Departamentində işləyib.

8. Camal Xoxar – 2020-ci ilin əvvəllərində Kanadanın Türkiyədəki səfiri postuna təyin edilib. Eyni zamanda, Kanadanın Azərbaycan, Gürcüstan və Türkmənistandakı səfiri vəzifələrini də icra edir.

9. Vindi Hinton – 2018-ci il martından etibarən, Yeni Zelandiyanın Türkiyədəki səfiri vəzifəsini tutur. Eyni zamanda, ölkəsinin Azərbaycan, İsrail və İordaniyadakı səfiri vəzifələrini də icra edir.

10. Erlinq Skyönsberq – 2019-cu ilin oktyabrından Norveçin Türkiyədəki səfiri postunu tutur. Eyni zamanda, ölkəsinin Azərbaycandakı səfiri və Sudan ilə Cənubi Sudandakı xüsusi nümayəndəsi vəzifələrini də icra edir.

www.yenicag.az

594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv