!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın Venesuela səfəri başladı

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelaya rəsmi səfər edib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidentini Karakasın Simon Bolivar hava limanında Venesuela Prezidentinin köməkçisi Delsi Rodrigez, XİN rəhbəri Xorxe Arreaza, Müdafiə naziri Vladimir Padrino, Türkiyə səfiri Şevki Mütevellioğlu və Venesuela səfiri Xose Braço Reyes qarşılayıb.

Səfərdə R.T.Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz, Xəzinə və Maliyyə naziri Barat Albayraq, Müdafiə naziri Hulusi Akar və Ticarət naziri Ruhsar Pekcan müşayiət edib.

Venesuela Prezidenti Nikolas Maduro ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təkbətək və geniştərkibli görüşdən sonra saziş imzalayacaq. Bundan sonra isə mətbuat konfransı keçiriləcək. Prezident Maduro tərəfindən onun şərəfinə veriləcək rəsmi axşam yeməyinə qatılacaq.

www.yenicag.az

6836
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv