!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın xarici səfərləri təxirə salındı

!Reklam – Yazi

Türkiyə prezidentinin nümayəndəsi ölkədəki koronavirus epidemiyası fonunda, bir həftəyə planlı olmayan məktəb tətillərinin elan edildiyini, Rəcəb Tayyib Ərdoğanın xarici səfərlərinin təxirə salındığını deyib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada Türkiyə Nazirlər kabinetinin koronavirusla mübarizə üzrə iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

İ.Kalın bildirib: “Martın 16-dan etibarən bütün orta məktəblərdə planlaşdırılmamış tətil elan ediləcəyi və 23 Martdan etibarən şagirdlərin uzaqdan təhsil alacağı qərara alınıb. Martın 16-dan universitetlər üç həftəlik bağlanacaq”.

O əlavə edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus ilə əlaqədar yaranan xarici səfərləri təxirə salacaq./Trend/

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv