!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın yaratdığı AK Partiya təkrar təkbaşına iqtidar oldu

!Reklam – Yazi

erdogan-davutoglu-kongreTürkiyədə keçirilən erkən parlament seçkilərində Ədalət və İnkişaf Partiyası (AKP) növbəti qələbəsini qazanaraq təkbaşına hökumət formalaşdırmaq hüququ əldə edib.

Səslərin 95%-i hesablandıqdan sonra AKP-nin 49,4% səs topladığı açıqlanıb. Cümhuriyyət Xalq Partiyası (CHP) 25,2%, Milliyyətçi Hərəkat Partiyası (MHP) 12%, Xalqların Demokratiya Partiyası (HDP) isə 10,3% səs alıb.

Bu nəticə ilə AKP parlamentdə 310-dan çox yer əldə edib. Hökumət formalaşdırmaq üçün minimum 276 səs tələb olunur.

Xatırladaq ki, 7 iyun 2015-ci il seçkilərində AKP 40%, CHP 25%, MHP 16%, HDP isə 13% səs toplamışdı.

 

***

AKP sədri Əhməd Davudoğlu məşhur balkon çıxışını Konyada edir.

Davudoğlunun çıxışının əsas tezisləri bunlardır:

“Yeni Türkiyəni inşa etməyə gəlirik”.

“Bu gün məğlub olan yoxdur, millət qazanmışdır”.

“Provokasiyalara, təxribatlara fikir verməyin”.

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv