Ərdoğanla Bayden arasında görüş olacaq

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-nin dövlət başçısı Co Bayden arasında görüş olacaq.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, tərəflər NATO-nun Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə sammiti çərçivəsində bir araya gələcəklər.

Türkiyə liderinin, həmçinin NATO Baş katibi Yens Stoltenberq, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya kansleri Olaf Şoltsla da təkbətək görüş keçirəcəyi gözlənilir.