Ərdoğanla İlham Əliyev arasında telefon danışığı oldu

Azərbaycan və Türkiyə liderləri arasında telefon danışığı baş tutub.

Yenicag.az bu abrədə TRT-yə istinadən xəbər verir.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın Dövlət başçısı İlham Əliyev arasında telefon danışığı olub.

Prezidentlər söhbət zamanı ikitrəfli münasibətlər, regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparıblar.

Ərdoğan Türkiyənin Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsi ilə bağlı ölkəsinin müvqeyini bir daha bəyan edib və hər zaman Aəzrbaycanın yanında olacaqlarını vurğulayıb.