Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ərdoğanla İmamoğlu arasında maraqlı dialoq: “Oturacağı qırdın, pulunu ödəməlisən”

Reklam: Sinerji Pro

Ötən gün Türkiyə prezidentinin böyük şəhərlərin bələdiyyə sədrləri ilə görüşü zamanı maraqlı hadisə baş verib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanla İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu arasında gülməli dialoq olub.

Toplantı zamanı İmamoğlunun əyləşdiyi kreslo qırılıb. Yanında oturan Tunç Soyer və Yılmaz Büyükerşen İmamoğlunun qollarından tutaraq, yıxılmasına imkan verməyiblər.

İmamoğlunun “Burada da oturacağa ağır gəldik” ifadəsi zalda gülüşməyə səbəb olub. Əyləşməsi üçün İmamoğluna ikinci stul gətirilib, amma oturacağın ayağı laxladığı üçün yenidən dəyişdirilib.

Bunu görən İmamoğlu üzünü Ərdoğana tutaraq, “Məhz ikinci oturacaqda işimizi daha ehtiyatlı görməliyik”, – deyib. Yenə də salondan gülüş səsləri yüksəlib.

Ərdoğan isə “Bu, dövlət malıdır. İsraf etdin, oturacağı qırdın. Borcun var. Qırılan oturacağın pulunu ödəyəcəksən”, – deyə İmamoğlunun sözlərinə zarafatla qarşılıq verib.

Firuzə Alimova

www.yenicag.az

1348
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM