Ərdoğanla İsrail prezidenti arasında KRİTİK TELEFON DANIŞIĞI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail prezidenti İshak Hersok arasında telefon danışığı baş tutub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, telefon danışığında Türkiyə-İsrail münasbətləri və regional məsələlər müzakirə edilib.

Ərdoğan israilli həmkarına Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqin təhlükəsizliyi və istiqrarı baxımından önəm daşıdığını bildirib, qarşılıqlı anlayış çərçivəsində hərəkət etmənin fikir ayrılıqlarının minimuma endirilməsində əhəmiyyətli rol oynayacağını deyib.

Həmçinin İsrail Prezidenti Türkiyədə Ərdoğanın iqamətgahının fotolarını çəkməklə ittiham olunan israilli cütlüyün azadlığa buraxılmasında vacib rol oynadığına görə türkiyəli həmkarına təşəkkür edib.