Ərdoğanla Merkel videokonfrans formatında görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında videokonfrans formatında görüş keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, görüşdə Türkiyə ilə Almaniya arasında əməkdaşlığın inkişafı, regional məsələlər, eləcə də Türkiyə – Avropa İttifaqı əlaqələri müzakirə olunub.