Ərdoğanla Obama arasında fərq: 2 sm

 

fft81_mf2419440Dünyanın ən uzun boylu 20 lideri arasında Albaniya baş naziri Edi Rama birinci seçilib.

Yenicag.az xəbər verir ki, “Foxy Lady News” portalının apardığı araşdırmaya görə, Albaniya baş naziri Rama 2 metr 2 sm boyu ilə birinci sırada, Serbiya baş naziri Aleksandar Vucic 1.99 sm boyu ilə ikinci sırada, Kosovo Baş nazirinin müavini  Haşim Taçi 1.88 boyu ilə üçüncü, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1.87 sm boyu ilə dördüncü sırada yer tutub.

ABŞ prezidenti Barak Obama 1.85 sm uzunluğundakı boyu ilə beşinci oldu.